AZCLOUD FAQ
Ümumi suallar
AZCLOUD hesabı necə açılır?
AZCLOUD hesabının yaradılması bir neçə mərhələdən ibarətdir. AZCLOUD Hesabını yaratmaq üçün linkə keçid alaraq "Qeydiyyatdan keç" seçin. Şəxsi məlumatları qeydiyyatdan keçirdikdən dərhal sonra elektron ünvanınıza təsdiq e-mailı göndəriləcək. AZCLOUD Hesabını aktivləşdirmək üçün e-mail sizin tərəfinizdən təsdiqlənməlidir. Daha ətraflı: https://docs.azcloud.az/az/Platform/Accounts_Projects
Təsdiq e-mailı almamışamsa, növbəti addım nədir?
Bu təqdirdə Qeydiyyat səhifəsindəki "Yenidən göndər" düyməsini seçin.
"AZCLOUD Account name" nədir?
"AZCLOUD Account name" istifadəçi interfeysinizin adını əks etdirir.
Eyni mobil nömrəni Qeydiyyat mərhələsində iki dəfə istifadə edə bilərəmmi?
Xeyr, Qeydiyyat zamanı eyni mobil nömrənin təkrar istifadəsinə icazə verilmir.
AZCLOUD Portalı hansı dillərdə mövcuddur?
AZCLOUD Portalından 3 fərqli dildə (Azərbaycan, ingilis və rus) istifadə edə bilərsiniz.
Portalda şəxsi məlumatlarımı dəyişə bilərəmmi?
Hesabın adı portalın yuxarı sağ hissəsində yerləşir. Hesabın adında olan "Hesab" nişanını seçərək dəyişiklikləri edə bilərsiniz.
AZCLOUD Bölgəsi nədir?
AZCLOUD Bölgəsi ən azı bir Əlçatanlıq Zonasından ibarət olan coğrafi ərazidir. Hər bölgə digər AZCLOUD Bölgələrindən tamamilə təcrid olunmuşdur.
AZCLOUD Əlçatanlıq Zonası nədir?
AZCLOUD-un əhatə etdiyi bölgələr üzrə seçilmiş unikal fiziki məkanlar Əlçatanlıq Zonaları olaraq bilinir. Hər bir AZCLOUD Əlçatanlıq Zonası məxsusi elektrik gücü, şəbəkə və soyutma sistemləri ilə təchiz olunan bir məlumat mərkəzindən ibarətdir.
AZCLOUD hansı xidmətləri göstərir?
AZCLOUD istifadəçiləri COMPUTE, STORAGE, NETWORK kimi xidmətləri ilə təmin edir.
Hesablama (AZCLOUD Compute)
AZCLOUD-da ACS nəyi bildirir?
ACS (AZCLOUD Compute Services), müştəri ehtiyaclarından asılı olaraq dəyişilə bilən, çevik və elastik Virtual Maşın (VM) təmin edən bir hesablama xidmətidir. ACS VM-lərin müxtəlif kateqoriyalarını və ailələrini təklif edir. Daha ətraflı: https://docs.azcloud.az/az/Compute/ACS
ACS hansı kateqoriyalara bölünür?
ACS "kateqoriyalara və ailələrə" bölünür, hazırda AZCLOUD-da ACS Entry-Level, ACS Accelerated və ACS Ultimate adlı ACS növləri mövcüddur.
Virtual maşınlar üçün hansı Əməliyyat Sistemləri (ƏS) mövcuddur?
İstifadəçilərə RedHat Enterprise Linux, Ubuntu, Suse Linux, Fedora və Windows Server kimi əməliyyat sistemlərinin müxtəlif versiyaları təklif olunur.
ACS Entry-Level xüsussiyətləri nədir və hansı hallarda istifadə olunur?
ACS Entry-Level kateqoriyası C ailəsindən olan prosessorları təklif edir ki, bu da öz növbəsində compute, yaddaş və şəbəkə resuslarının balanslaşdırılması üçün ən doğru seçimdir. ACS Entry-level mikroservislər, veb serverlər, blog, müzakirə forumları, kiçik verilənlər bazaları kimi müxtəlif iş yükləri üçün nəzərdə tutulub.
ACS Accerelated xüsussiyətləri nədir və hansı hallarda istifadə olunur?
ACS Accelerated kateqoriyası B ailəsindən olan prosessorlar CPU konsentrasiyalı tətbiqlər və hər vCPU üçün balanslaşdırılmış yaddaş üçün dizayn edilmişdir. ACS Accelerated, yüksək performanslı veb serverlər, yüksək performanslı hesablama, orta məlumat bazaları və digər hesablama tətbiqləri üçün ən yaxşı şəkildə uyğun gəlir.
ACS Ultimate xüsussiyətləri nədir və hansı hallarda istifadə olunur?
ACS Ultimate kateqoriyası A ailəsindən olan prosessorlar hesablama, oyun serverləri, maşın öyrənmə, böyük məlumatlar, IoT və digər yüksək performans tələb edilən sistemlər üçün dizayn edilmişdir.
Virtual Maşın necə yaradılır?
Virtual Maşını AZCLOUD portalından rahatlıqla yarada bilərsiniz. Panelin sol küncündə yerləşən "Virtual Maşın" adlı bölməni seçib virtual maşının konfiqurasiya və işəsalma proseslərinə başlaya bilərsiniz.
"Custom image" ilə virtual maşın yarada bilərəm?
Bəli, bunun üçün mövcüd olan Virtual Maşınların "snapshot" şəklini çəkib "Custom Image" vasitəsilə yeni VM-rın yaradılması üçün istifadə edə bilərsiniz.
Virtual Maşınların texniki göstəriciləri nədir?
AZCLOUD Portalında fərqli vCPU, RAM və "root volume" həcmli virtual maşınların müxtəlif növlərini kəşf edə bilərsiniz.
"Virtual Machine Name" adı altında nə başa düşülür?
Yaratdığınız hər bir virtual maşına mütləq qaydada ad verilməlidir.
vCPU üzrə limit nə qədərdir?
Bir virtual maşında vCPU-nun maksimum həcmi 32 vCPU təşkil edir.
Yaddaş (AZCLOUD Storage)
AZCLOUD hansı yaddaş xidmətləri təklif edir?
Hazırda AZCLOUD-da ASB adlı blok yaddaş xidməti mövcüddur. Daha ətraflı: https://docs.azcloud.az/az/Storage/ASB
ASB nədir?
ASB, AZCLOUD virtual maşınlarına (ACS) əlavə edilməsi üçün hazırlanmış blok yaddaş xidmətidir. ASB - ASB Turbo, ASB Ultra və ASB Standard növlərini təmin edərək, istifadəçilərə ən yaxşı performans və sərfəli ssenariləri təqdim edir. ASB Ultra (SSD) ən yüksək performans həcmi, dayanıqlı, minimum gecikmə və biznes kritik iş yüklərini yerinə yetirmək üçün nəzərdə tutularaq yaradılmışdır. ASB Ultra və ASB Standard, məlumat anbarı, loq işlənməsi və virtual desktoplar üçün ən yaxşı seçimdir.
ASB Turbo hansı məqsədlər üçün istifadə oluna bilər?
ASB Turbo, ucuz qiymətli SSD növü olan blok yaddaşıdır. Virtual maşınların, Microsoft SQL və Oracle verilənlər bazalarının və digər vacib iş tətbiqetmələrinin super sürətli və uyğun performansını təmin etmək üçün hazırlanmışdır. İstifadəçilər yalnız GB-IOPS üçün ödəniş edir. Read və Write əməliyyatları kimi başqa gizli xərclər yoxdur.
ASB Ultra hansı məqsədlər üçün istifadə oluna bilər?
ASB Ultra, tez-tez daxil olan iş yükləri üçün ucuz qiymətli HDD növlü blok yaddaşıdır. ASB Ultra, bazarda oxşar xidmətlər arasında müqayisədə ən aşağı qiyməti və ən yüksək performansı təmin etmək üçün hazırlanmışdır. İstifadəçilər yalnız GB-IOPS üçün ödəniş edir. Read və Write əməliyyatları kimi başqa gizli xərclər yoxdur.
ASB Standard hansı məqsədlər üçün istifadə oluna bilər?
ASB Standard, ən aşağı qiymətli HDD növlü blok yaddaşıdır. ASB Standard, iş yüklərinə daha az rast gəlinən sistemlər üçün nəzərdə tutulsa da, bazarda oxşar xidmətlər arasında ən yüksək performansı təmin edir. Müştəri yalnız GB-IOPS üçün ödəniş edir. Read və Write əməliyyatları kimi başqa gizli xərclər yoxdur.
Maksimum yaddaş limiti nə qədərdir?
Maksimum yaddaş ölçüsü 6 TB təşkil edir
"Root Volume" və "Disc Volume" arasında fərq nədir?
"Root volume" virtual maşının yaradılması prosesində əməliyyat sistemin fayllarının saxlanılması üçün lazım olan yaddaş həcmidir. "Disc volume" isə virtual maşınlarda artırıla bilən əlavə yaddaşdır.
Şəbəkə (AZCLOUD Network)
AZCLOUD Load Balancer (ALB) nədir?
AZCLOUD Load Balancer virtual maşınlar, konteynerlər, mikroservislər və IP ünvanlar arasında daxil olan trafikin paylanılmasını təmin edən AZCLOUD xidmətidir. Daha ətraflı: https://docs.azcloud.az/az/Networking
ALB-nin hansı növləri var?
ALB-A, ACS virtual maşınları, konteynerlər və IP ünvanlar arasında daxil olan trafiki avtomatik şəkildə paylaşdırır. Layer 7 səviyyəsində olan yük balanslaşdırıcısı, bağlantının konkentindən asılı olaraq istiqamət alır. Daha ətraflı: https://azcloud.az/az/services/network/alb-a
ALB-A xidmət növünə aid hansı kateqoriyalar mövcüddur?
ALB-A Standard, ALB-A Ultra və ALB-A Turbo ALB-A xidmətinin kateqoriyalarıdır.
ALB-A Standard hansı hallarda istifadə edilməlidir?
ALB-A Standard, aşağı və orta trafikə sahib olan statik veb saytlar və bloqlar üçün ən yaxşı seçimdir
ALB-A Ultra hansı hallarda istifadə edilməlidir?
ALB-A Ultra, trafikə əsaslanan saytlar və ya orta trafikli xidmətlər üçün ən yaxşı seçimdir.
ALB-A Turbo hansı hallarda istifadə edilməlidir?
ALB-A Turbo, yüksək performansın vacib olduğu məşğul saytlar, xidmətlər və son nöqtələr üçün ən yaxşı seçimdir.
Şəbəkəni necə yarada bilərəm?
Şəbəkə AZCLOUD Portalında asanlıqla yaradıla bilər. Panelin sol tərəfində "Şəbəkə" bölməsinə keçərək şəbəkənin quraşdırılması üzrə prosesə riayət edin.
SSH açarı nə üçündür?
SSH açarı, Linux əsaslı virtual maşınınıza qoşulma prosesində şəxsiyyətinizi təsdiq etməyə imkan verən bir sıra təhlükəsizlik vasitəsidir. SSH açarı heç kimlə bölüşməməli olan şəxsi məlumatlardır.
"Assigning the public IP" nə üçündür?
"Assigning the public IP", SSH və ya RDP bağlantıları vasitəsilə virtual maşını və ya istənilən digər servislərinizi İnternet üzərindən ictimaiyyətə açıq etmək üçün istifadə olunur.
SSH açarının hansı növləri əlavə oluna bilər?
Şəxsi açarları import edib və ya Portalda yeni açar yaradıb istifadə edə bilərsiniz.
Şəbəkəmdə hansı altşəbəkə növünü istifadə edə bilərəm?
Özəl 10.0.0.0/8, 172.16.0.0/12 və ya 192.168.0.0/16 civarlarda altşəbəkəni istifadə edə bilərsiniz.
"Automatic gateway IP" nə üçün lazımdır?
"Automatic Gateway IP" seçməklə altşəbəkələr üçün avtomatik olaraq son İP ünvanı təqbiq ediləcək. Əlavə olaraq, "gateway" ünvanını özünüz təyin edə bilərsiniz.
Təhlükəsizlik qrupu (Security Group) nədir?
Security Group köməyi ilə şəbəkə qaydalarını yarada bilərsiniz.
Şəbəkə qaydaları (Network Rule) nədir?
Daxil olan trafik təhlükəsizlik qrupunun şəbəkə qaydaları ilə idarə olunur və təhlükəsizlik qrupları ilə əlaqəli instanslara çatmağa imkan yaradır.
İctimai İP (Public IP) necə rezervlənir?
İctimai İP-lər bölməsinə keçib "İctimai İP rezervlə" seçərək statik İP ünvan ilə təmin olunacaqsınız. İctimai ünvanı virtual maşına və ya yük balanslaşdırıcıya əlavə edə və ayıra bilərsiniz. Ödəniş ictimai İP-ni rezervlədiyiniz zaman onu əlavə etmədən və ya ayırmadan tutulacaq.
"Maximum Simultaneous Connections" nə deməkdir?
Yük balanslaşdırıcıya eyni vaxtda qoşulan əlaqələrin sayını bildirir
Billinq
AZCLOUD xidmətlərinin ödənişi hansı vasitələrlə mümkündür?
Hal-hazırda ödənişi yalnız kredit kartı vasitəsi ilə həyata keçirə bilərsiniz. Daha ətraflı: https://docs.azcloud.az/az/Platform/Billing
Portalda kredit kartların hansı növləri keçərlidir?
AZCLOUD Xidmətlərinin ödənişi üçün mövcud olan bütün kart növlərindən istifadə edə bilərsiniz (Visa, Master və s.)
AZCLOUD-da billinq dövrələri necə hesablanır?
AZCLOUD tərəfindən ödənişlər aşağıdakı billinq dövrələrinə uyğun tutulur

  • Aylıq – 720 saata bərabər dövr
  • Günlük – 24 saata bərabər dövr
  • Saatlıq – 1 saata bərabər dövr
AZCLOUD Xidmətlərinin ödəmə modeli nədir?
AZCLOUD-un bütün xidmətləri "pay as you go" modelinə əsaslanır.
Kredit kartımda kifayət qədər vəsait yoxdursa nə baş verir?
Sizə 7 gün ərzində tam ödənişi həyata keçirmək üçün vaxtınızın olması haqda bildiriş göndəriləcək. 7 gün ərzində məbləğ ödənilmirsə, hesab ləğv ediləcək.
Hesab ləğv ediləndə istifadəçinin servislərinə nə olur?
Servislərdən istifadə imkanı məhdudlaşdırılır, lakin servislər hələ də aktiv olur.
Ödənişi ilk 7 gün ərzində etmədikdə nə baş verir?
Ödəniş etmək üçün sizə əlavə 7 gün veriləcək və bu haqda ikinci elektron bildiriş alacaqsınız. Əlavə 7 gündə ödəniş yenə edilməyəcəksə, hesabınız və servisləriniz tamamilə silinəcək. Həmçinin, qeydiyyat zamanı daxil etdiyiniz telefon nömrəsi sistemdə qara siyahıya əlavə olunacaq.
Bir neçə AZCLOUD vauçer istifadə edə bilərəm?
Eyni anda yalnız bir vauçer aktiv ola bilər. Yeni vauçer əlavə etdikdə, balansınızda olan digər istifadə olunmamış vauçerlər ləğv olunur.
AZCLOUD Marketplace
AZCLOUD MarketPlace nədir?
AZCLOUD MarketPlace, AZCLOUD tərəfindən qəbul edilən müxtəlif tətbiqlər mərkəzidir. AZCLOUD MarketPlace üzərindən virtual maşınlarınıza müxtəlif tətbiqləri asanlıqla seçib qoşa bilərsiniz.
Alətlər paneli (Dashboard Tools)
Alətlər panelinin solunda "Layihələr" hansı funksiyaları yerinə yetirir?
"Layihələr" bölməsində müxtəlif layihələri və layihələrin çərçivəsində fərqli xidmətləri işlədə bilərsiniz. Fərqli layihələr içərisindəki xidmətlər bir-birinə bağlanmayacaq. Daha ətraflı məlumat əldə etmək üçün AZCLOUD Doc's ilə tanış olmağınızı xahiş edirik.
"User Roles" nədir?
"User roles" bölməsində idarə etdiyiniz servislərə istifadəçiləri və istifadəçilər üçün lazımi icazələri təyin edə bilərsiniz.
Alətlər panelinin sol tərəfindəki "Tədbirlər" aləti nə üçündür?
"Tədbirlər" aləti vasitəsilə tətbiq olunan bütün əməliyyatları/log qeydləri yoxlaya bilərsiniz.
Texniki dəstəyi necə ala bilərəm?
Alətlər panelin sağ tərəfində yerləşən "Support" xananı seçməklə dəstək üçün müraciət edə bilərsiniz.
Daha ətraflı məlumat üçün AZCLOUD Docs ilə tanış olmağınızı təklif edirik.

Axtarılan məlumat tapılmazsa, sualınızı bizə ünvanlayın!
E-mail
Sualınız